Rövnəq Abdullayev baş nazirlə görüşdü

Rövnəq Abdullayev baş nazirlə görüşdü
  09 Noyabr 2015    Oxunub:1998
Misir Ərəb Respublikasında səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Qahirədə ölkənin Baş naziri İsmayıl Şərif ilə görüş keçirib.
AzVision.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Misirin EGPC (Egyptian General Petroleum Corporation) şirkətinin rəhbəri Mohammad el Masri və Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev iştirak edib. Rövnəq Abdullayev SOCAR-ın Misirə xam neft təchizatı və EGPC şirkəti ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb, SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələr barəsində məlumat verib. SOCAR prezidenti Misirdə əməkdaşlıq imkanları olduğu təqdirdə bu ölkədəki layihələrdə iştirak etməyə maraq göstərildiyini də ifadə edib.

Misir Ərəb Respublikasının baş naziri İsmayıl Şərif SOCAR-ın Misirdəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib, SOCAR ilə EGPC arasındakı əməkdaşlıq əlaqələrinin mövcud səviyyəsinin məmnunluq doğurduğunu söyləyib. Misirin neft-qaz sənayesində investisiya imkanlarının geniş olduğunu qeyd edən Şərif SOCAR-ı bu imkanları dəyərləndirməyə dəvət edib və Misir dövlətinin SOCAR-ın bu ölkədəki işgüzar fəaliyyətini dəstəkləməyə hazır olduğunu vurğulayıb.


Teqlər:





Xəbər lenti