“Azərsu” yağışa görə hərəkətə keçdi

“Azərsu” yağışa görə hərəkətə keçdi
  09 Noyabr 2015    Oxunub:2091
“Azərsu” ASC aramsız yağan yağışlara görə gücləndirilmiş iş rejiminə keçib. AzVision.az-ın məlumatına görə, bunu trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda “Azərsu” ASC-nin bütün briqadaları ərazilərə cəlb edilib. Bu səbəbdən də rast gəlinəcəyi təqdirdə hər hansı problem dərhal aradan qaldırılacaq: “Azərsu” ASC dünəndən gücləndirilmiş iş rejimində işləyir. Xüsusi briqada və mütəxəssislərimiz şəhərin hər yerində işə cəlb olunub. Kanalizasiya-nasos stansiyaları gücləndirilmiş rejimdə işləyir, yollardan yağış sularını kənarlaşdırırlar. Hələ ki, hər hansı nöqsana rast gəlinməyib. Əməkdaşlarımız 24 saat işləyirlər”.

Qeyd edək ki, Bakı və Azərbaycanın bəzi bölgələrində dünəndən aramsız yağışlar yağır.




Teqlər:  





Xəbər lenti