Meteoroloqlar yağış vəd etdi

Meteoroloqlar yağış vəd etdi
  19 İyun 2013    Oxunub:1323
İyunun 20-21-ə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 17-22, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Rayonlarda isə yağış yağacağı ehtimal olunur. Dağlıq və dağətəyi ərazilərdə leysan yağacaq. Bölgələrdə də iyunun 20-21-də külək əsəcək. Ayın 21-də gündüz saatlarından etibarən küləyin kəsiləcəyi ehtimal olunur.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 28-33 dərəcə, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək. İyunun 21-də isə gecə 17-22, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti