İlham Əliyev Sabunçuya 2 milyon ayırdı

İlham Əliyev Sabunçuya 2 milyon ayırdı
  18 İyun 2013    Oxunub:1245
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələri ərazisində yetmiş min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 35,4 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Teqlər:  





Xəbər lenti