Meyvəmiz bol olacaq

Meyvəmiz bol olacaq
  18 İyun 2013    Oxunub:1056
Yaxın günlərdə respublikanın rayonlarında temperatur rejiminin bir qədər enməsi, bir çox yerlərdə yağışlı hava şəraitinin hökm sürəcəyi və küləyin arabir güclənəcəyi gözlənilir.
AzVision.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, temperatur rejimi kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması, çəyirdəkli meyvələrin yetişməsi üçün əlverişli olacaq. Yağışlı hava şəraiti payızlıq dənli bitkilərdə məhsulun yığım şəraitinə və digər əkinlərində, bağlarda aqrotexniki işlərin aparılmasında mühüm çətinliklər yaratmayacaq. Yalnız küləyin güclənməsi torpaqda olan məhsuldar rütubət ehtiyatının azalmasına səbəb olacaq və əkinlərin suvarılmasına ehtiyac yaradacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti