Hərbi hissələrdə qurtuluş günü tədbirləri

Hərbi hissələrdə qurtuluş günü tədbirləri
  15 İyun 2013    Oxunub:1073
«Biz Heydər Əliyev ordusunun əsgərləriyik» adlı bədii təşviqat briqadası yaradılıb.
15 iyun - Milli Qurtuluş günü münasibəti ilə hərbi hissələrinin yerləşdiyi şəhər və rayon mərkəzlərində yaradılmış Heydər Əliyev muzeyi, park və xiyabanlarına şəxsi heyətin ziyarəti təşkil edilib və keçirilən tədbirlərdə hərbi qulluqçuların və onlanın ailə üzvlərinin iştirakı təmin olunub. Müdafiə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Respublikanın görkəmli elm və mədəniyyət xadimlərinin, veteran təşkilatlarının iştirakı ilə mədəni-kütləvi tədbirlər təşkil edilib, ulu öndər Heydər Əliyevin xatirəsi bir daha yad olunub.

«Biz Heydər Əliyev ordusunun əsgərləriyik» adlı bədii təşviqat briqadası yaradılıb və Qarnizon Zabitlər evləri və klublarında çıxışlar təşkil edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti