İsmət Abbasov: “Bu il taxıl qıtlığı olmayacaq”

İsmət Abbasov: “Bu il taxıl qıtlığı olmayacaq”
  14 İyun 2013    Oxunub:1448
Son günlər ölkənin bəzi rayonlarına yağan leysan yağışları əkinçilik sahəsinə ziyan vursa da, bu ümumi məhsuldarlığa ciddi təsir göstərməyəcək. Bunu Qubada jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.

Onun sözlərinə görə, bu il məhsuldarlıq ötən illə müqayisədə 6-7 % çox olacaq.

Bölgədə emal müəssiəslərinin yaradılması məsələsinə də toxunan nazir bildirib ki, 2014-cü ilin sonunadək yeni müəssisələrin açılması nəzərdə tutulub.

AzVision.az salamnews-a istinadən xəbər verir ki, İsmət Abbasov bu gün şimal bölgəsində vətəndaşlar üçün açıq qəbul keçirib. Qəbul zamanı 6 rayondan 60-dan çox vətəndaşın şikayəti dinlənilib. Şikayətlər arasında texnika çatışmazlığı, suvarma suyunun olmaması və dərman preparatlarının keyfiyyətsizliyi çoxluq təşkil edib. Dinlənilən şikayətlərin bir hissəsi yerində həll edilib, digər hissəsi isə tədbir görülməsi üçün nəzarətə götürülüb.

İ.Abbasov həmçinin Qubada bir sıra təsərrüfatlara da baxış keçirib, fermerlərə tövsiyyələrini verib.


Teqlər:





Xəbər lenti