Elmar Məmmədyarov: “Yaxşı imkanlar var”

Elmar Məmmədyarov: “Yaxşı imkanlar var”
  14 İyun 2013    Oxunub:1280
Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının səfiri Aryen Peter Uyterlindeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E.Məmmədyarov ölkələrimiz arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu qeyd edərək, ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Nazir, həmçinin səfir A.P.Uyterlindeyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Niderland Krallığının səfiri, öz növbəsində, Azərbaycan-Niderland ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib.

Görüş zamanı, həmçinin münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti