Almaniya səfiri gedir

Almaniya səfiri gedir
  13 İyun 2013    Oxunub:1294
Nazir Elmar Məmmədyarov Almaniyanın səfiri Herbert Quelleni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 13 iyun tarixində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının səfiri Herbert Quelleni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb

Görüşdə Herbert Quelle Azərbaycanda tərəfinə əməkdaşlığa və göstərilmiş qonaqpərvərliyə görə minnətdarlıq bildirmişdir. Həmçinin almaniyalı diplomat Azərbaycanın artan nüfuzunu qeyd edib.

Nazir Elmar Məmmədyarov Herbert Quelleyə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Teqlər:  





Xəbər lenti