Millət vəkili “ağ ölüm”dən danışdı

Millət vəkili “ağ ölüm”dən danışdı
  13 İyun 2013    Oxunub:1314
“Bu halın qarşısının alınması üçün ciddi addımlar atılacaq”
AzVision.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi, millət vəkili Əli Əhmədov Azərbaycanın işğal olunan ərazilərindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə digər ölkələrə daşınması və "ağ ölüm"ün yayılması məsələsinə dünya ictimaiyyətinin göz yummasına münasibət bildirib.

“Belə bir faktın indi ortaya çıxarılması, burada narkotika istehsalı ilə məşğul olan insanların həbs edilməsi bu günə qədər səsləndirilən fikirlərin həqiqət olduğunu bir daha təsdiqləyir. Bu, istər beynəlxalq təşkilatlar, istərsə də dünyanı düşündürən ən ciddi problemlərdən olan narkotikaya qarşı mübarizə aparan təşkilatları məsələ ilə daha ciddi məşğul olmağa daha sövq edəcək. Bu barədə istər Azərbaycanın rəsmi dairələri, istərsə də müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən nəzarətsiz, işğal altında qalan Azərbaycan torpaqlarından narkotika istehsalı üçün istifadə edilməsi haqqında ciddi əsaslara söykənən fikirlər səsləndirilirdi. Güman edirəm ki, bu bəyanatlarda bütövlükdə nəzarətsiz qalan Azərbaycan ərazilərindən hansı məqsədlər üçün istifadə edilməsi məsələsinə aydınlıq gətirilib”,-millət vəkili bildirib

Millət vəkili deyib ki, nəzarətsiz qalan Azərbaycan torpaqlarından narkotika istehsalı üçün istifadə edilməsi kimi bəşəriyyət üçün ağır nəticələrə gətirib çıxaran bir halın qarşısını almaq məqsədilə ciddi addımlar atılacaq: “Eyni zamanda bu, nəzarətsiz qalan Azərbaycan torpaqlarının işğaldan azad olunmasının nə qədər zəruri olduğunu göstərir. Bu həyəcanlı faktın dünya ictimaiyyətinə və lazımi təşkilatların diqqətinə çatdırılması üçün ciddi işlər görülməlidir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti