Əsgərimiz yaralanıb

Əsgərimiz yaralanıb
  13 İyun 2013    Oxunub:1243
Azərbaycan ordusunun əsgəri güllə yarası alıb.
Respublika Hərbi prokurorluğundan AzVision.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Müdafıə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 11 iyul 1994-cü il tarixdə Ağdaş rayonunda anadan olan, Abidov Əbdülxariz Mübariz oğlu döyüş postunu təhvil verərkən saat 06.00 radələrində ehtiyatsız davranması nəticəsində özünə məxsus avtomat silahdan atəş açılaraq sol qolunu dəlib keçən güllə yarası alıb.

Hazırda səhhəti normaldır, hərbi hissənin tibb məntəqəsinə aparılıb.

Qeyd edək ki, Abidov Əbdülxariz 17 iyul 2012-ci il tarixdə hərbi xidmətə çağırılıb.

Mirvari



Teqlər:  





Xəbər lenti