`The Washington Times` Azərbaycandan yazdı

`The Washington Times` Azərbaycandan yazdı
  04 Sentyabr 2015    Oxunub:1998
“The Washington Times” qəzetində jurnalist Maayan Jaffenin Azərbaycan ilə bağlı yazısı dərc olunub.
Yazıda bildirilir ki, daim tolerantlığı ilə fərqlənən Azərbaycan ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının tənqidlərinə məruz qalıb. Səlahiyyət hüdudlarını aşan komissiyanın din və dini azadlıqla heç bir əlaqəsi olmayan siyasi məsələlərlə bağlı bəyanatlar verdiyini qeyd edən müəllif bu bəyanatların Ermənistanın və bəzi yerli QHT-lərin fikirləri əsasında hazırlandığını bildirir.

Məqalədə qeyd olunur ki, komissiyanın hesabatında Azərbaycanda mövcud dini azadlıqlarla bağlı qərəzli fikirlər yer alıb. Halbuki Azərbaycan ekstremist ideologiyaların hökm sürmədiyi nadir müsəlman ölkələrindən biridir. Azərbaycanda qadınların və milli azlıqların hüquq və azadlıqlarına toxunan müəllif ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının hesabatının sifariş əsasında hazırlandığını vurğulayır.

Müəllif xatırladır ki, ABŞ hansısa ölkədə insan hüquqları ilə bağlı vəziyyətə müdaxilə etdikdə həmin ölkədə siyasi sabitlik pozulur, ölkə münaqişə mərkəzinə çevrilir. Buna Misir, Fələstin, İraq, Suriya və Liviya misal göstərilir.

Yazıda Azərbaycandakı siyasi sabitliyin önəmi vurğulanır və qeyd olunur ki, ekstremist meylləri qətiyyətlə dəf edən bu ölkənin hökumətini tənqid etmək əvəzinə, ona kömək göstərmək lazımdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti