Avropa ölkələri müsəlman mühacirlərə qarşı

Avropa ölkələri müsəlman mühacirlərə qarşı
  02 Sentyabr 2015    Oxunub:1595
Bu il Avropaya Suriya da daxil olmaqla, bir çox ölkədən rekord sayda immiqrant gəlib. Ancaq Şərqi Avropa ölkələri son vaxtlar immiqrantlar arasında din əsasında ayrı-seçkilik qoyur, xüsusilə də, xristian qaçqınlara üstünlük verməyə başlayırlar.

Ötən ayın əvvəli Slovakiyanın xarici işlər naziri 200 nəfəri ölkəyə qəbul etməyə hazır olduğunu bildirib, lakin qeyri-müsəlmanlara üstünlük verdiyini xüsusi vurğulayıb. Nazirliyin mətbuat katibi bu haqda bildirib: “Biz Slovakiyada, həqiqətən də, yeni bir həyata başlamaq istəyən insanları seçmək istəyirik. Slovakiya bir xristian ölkəsi kimi xristianlara burda yeni bir həyat qurmağa kömək edə bilər. Bizim ölkəmizdə müsəlmanlar üçün çox kiçik bir cəmiyyət var. Burda heç məscid də yoxdur.”

Polşanın Baş Naziri Eva Kopaç da Polşanı xristianlara kömək etmək üçün xüsusi məsuliyyət daşıyan bir xristian ölkəsi kimi təsvir edib. Ölkə qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənən yalnız xristianlardan ibarət bir neçə qrupu qəbul edib və ölkənin immiqrasiya agentliyi “The Financial Times” qəzetinə “qaçqın statusu almaq üçün müraciət edənlərin qəbulunda dinlərinin də təsiri olacağını” bildirib.

Bolqarıstanın Baş Naziri Boyko Borissov ölkəsinin müsəlmanlara qarşı bir düşmənçiliyi olmadığını, lakin müsəlman qaçqınların qəbul edilməsinin ölkənin dini əsasını dəyişə biləcəyini deyib. Belə ki, ölkə əhalisinin 60 faizi pravoslav xristian, 8 faizi isə müsəlmandır. Estoniyanın ictimai işlər naziri Marqus Tsaxna müsəlman immiqrantların ölkəyə qəbul edilməsinə qarşı olduğunu, Estoniyanın hər şeydən əvvəl xristian mədəniyyətinə məxsus bir ölkə olduğunu bildirib. Eləcə də, Çexiya Prezidenti Milos Zeman tamamilə fərqli bir mədəniyyətdən gələn qaçqınların ölkəyə uyğunlaşa bilməyəcəklərini qeyd edib.

Avropa qanunvericiliyinə əsasən din əsasında ayrı-seçkilik qadağan edilir – elə buna görə də, Suriya kimi yerlərdə məzhəblərarası münaqişələrdən qaçan insanlar birinci Avropada sığınacaq axtarırlar.

Ancaq dini dözümsüzlük daha böyük bir problemin sadəcə görünən hissəsidir: Sərhəd təhlükəsizliyinə görə məsuliyyət daşıyan Aİ agentliyi “Frontex” tərəfindən verilən məlumata görə, bu il indiyə qədər 340 min nəfərin Avropaya keçdiyi məlumdur. Almaniya sığınacaq üçün müraciət edən 44 min nəfərdən çox mühacir qəbul edib və hələ təkcə 2015-ci ildə 800 minə qədər yeni qaçqın qəbul ediləcəyi gözlənilir. Ancaq bərabər məsuliyyət götürmək istəməyən Aİ ölkələri kvota sisteminin tətbiq edilməsinə qarşı da xüsusi müqavimət göstərirlər. (4npress.com)



Teqlər:  





Xəbər lenti