Məşhur Hollivud rejissoru vəfat edib

  31 Avqust 2015    Oxunub : 1913
Məşhur Hollivud rejissoru vəfat edib
Qorxu filmləri janrında ən məşhur rejissorlardan biri hesab edilən amerikalı rejissor Ues Kreyven (Wes Craven) 77 yaşında Kaliforniyada vəfat edib.
AzVision.az `BBC`yə istinadən xəbər verir ki, son zamanlar rejissor beyin xərçəngindən əziyyət çəkib.

Ues Kreyven 1984-cü ildə ekranlara çıxan Qarağac küçəsində qarabasma (A Nightmare on Elm Street) filmi ilə məşhurlaşıb.

Film o qədər populyar olub ki, onun davamı olaraq bir neçə filmdə çəkilib. Bundan başqa filmin serial versiyası da mövcuddur.

1996-cı ildə isə ekranlara Ues Kreyvenin qorxu janrının klassikasına çevrilən `Qışqırıq` (Scream) filmi çıxıb. Bu filmdə öz növbəsində rejissora çox böyük populyarlıq gətirib. Filmin bir neçə sikveli həmçinin, parodiyaları mövcuddur.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: