“Bu il Bakıda fəaliyyət göstərən 9 şadlıq evində yoxlamalar aparılıb”. AzVision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov deyib. Ə.İmanov bildirib ki, bu yoxlamalar nəticəsində 11,5 min manat məbləğində cərimə tətbiq olunub.
“Şadlıq sarayları qəbul edilmiş standartın tələblərinə uyğun işlərini quranadək, bu yoxlamalar davam edtiriləcək”-deyə xidmət rəisi vurğulayıb.