Rusiyadan Qarabağ açıqlaması: `Problem ola bilməz...`

Rusiyadan Qarabağ açıqlaması: `Problem ola bilməz...`
  28 Avqust 2015    Oxunub:2137
`Qərb və Rusiya arasında olan fikir ayrılıqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun işinə təsir etməməlidir`
Bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Ümid edirəm ki, Rusiya ilə digər ölkələr arasında yaranan fikir ayrılığı ucbatından ATƏT-in Minsk qrupunun işinə təsir etməyəcək. Çünki Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür”, - deyə Zaxarova bildirib.

XİN rəsmisi onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfindən heç bir problem ola bilməz: "Biz bu formatın iştirakçılarıyıq və öz öhdəliklərimizə məsuliyyətlə yanaşırıq. Biz başa düşürük ki, bu qrupun gündəmində ciddi məsələ var”. (Anspress)


Teqlər:





Xəbər lenti