Korrupsiya qanunvericiliyi dəyişir

Korrupsiya qanunvericiliyi dəyişir
  12 İyun 2013    Oxunub:1432
Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Prezidentinin aktlarının “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Prezidentinə təqdim etmlidir.

Üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməlidir.

Nazirlər Kabineti Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməldir.

***

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 125; 2005, № 4, maddə 285, № 10, maddə 876; 2007, № 10, maddə 934, № 12, maddə 1219) 11.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“11.2. Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir”.



Teqlər:  





Xəbər lenti