Markesin qalıqları vətəninə qaytarılır

Markesin qalıqları vətəninə qaytarılır
  12 Avqust 2015    Oxunub:2139
Məşhur Kolumbiya yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin külü Meksikadan onun vətəni Kolumbiyaya aparılacaq.
Bu barədə AzVision.az `Associated Press`-ə istinadən xəbər verir.

Bolivar ştatı və Markesin qohumları əldə olan razılaşmaya əsasən yazıçını külü olan urna Kartahenanın mərkəzində yerləşən tarixi monastırda yerləşdiriləcək.

Bu şəhərlə yazıçının həyatının əlamətdar hadisələri ilə bağlıdır. Yazıçını ən məşhur romanlarından biri olan `Vəba xəstəliyi zamanı sevgi` əsərində hadisələr məhz Kartahenada cərəyan edir.

Qeyd edək ki, Qabriel Qarsiya Markes 2014-cü ilin aprelin 18-də 87 yaşında dünyasını dəyişib.

Qabriel Qarsiya Markes 6 mart 1927–ci ildə Kolumbiyanın Arakataka şəhərində olub.

1982–ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatına layiq görülüb.

Patriarxın payızı`, `100 ilin tənhalığı`, `Polkovnikə məktub yoxdur` kimi dünya şöhrətli əsərlərin müəllifi ədəbiyyatda yeni cərəyanın - mistik realizmi banisi hesab olunurdu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti