Bakıda Xarici İşlər Nazirlərinin Konfransı keçiriləcək

Bakıda Xarici İşlər Nazirlərinin Konfransı keçiriləcək
  10 İyun 2013    Oxunub:1001
Sabah Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransları keçiriləcək.

XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, konfranslarda bir sıra beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən İƏT, İSESCO, Körfəz Əməkdaşlıq Şurası, İnkişaf naminə İslam Həmrəyliyi Fondu, İslam İnkişaf Bankının təmsilçiləri iştirak edəcək.

Tədbirdə həmçinin İƏT-ə üzv dövlətlərin təmsilçiləri - xarici işlər nazirləri, Xarici İşlər nazirliklərinin rəsmiləri, Bakıdakı diplomatik nümayəndəliklərinin başçıları və əməkdaşları da iştirak edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti