YAP-dan ağacəkmə kampaniyası

 YAP-dan ağacəkmə kampaniyası
  10 İyun 2013    Oxunub:1279
Aksiyanın 11 iyunda keçililməsi nəzərdə tutulur.
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatı və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən 15 İyun “Milli Qurtuluş Günü”nünün 20 İlliyinə həsr edilmiş “Qurtuluşdan İpək Yoluna“ adlı Ağacəkmə kampaniyası həyata keçiriləcək. Aksiyanın 11 iyunda keçililməsi nəzərdə tutulur.

Aksiyada Bakıdan Qazağa doğru İpək Yolu üzərində yerləşən 10 rayonda (Bakı, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Gəncə, Şəmkir, Tovuz , Ağstafa və Qazax) yaşıl ağaclar əkiləcək. Həyata keçirilən bu layihənin əsas məqsədi 1993-2013-cü illər ərzində həm Heydər Əliyev siyasətinin, həm də bu yolu davam etdirən prezident İlham Əliyevin uğurlarının İpək Yolu boyu gündəngünə gözəlləşən və inkişaf Azərbaycan rayonlarının simasında bütövlükdə cəmiyyətə çatdırmaqdır.

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatı və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən həyata keçirilən ağacəkmə kampaniyası həmcinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış İDEA Ətraf Mühit Kampaniyasına dəstə kimi nəzərdə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti