Rus hərbçilər Ermənistana axışır

Rus hərbçilər Ermənistana axışır
  06 Avqust 2015    Oxunub:4430
Rusiya Federasiyasının bütün regionlarında yerləşən hərbi məktəb, institut və akademiya müdavimləri bu ölkənin Cənub Hərbi Dairəsinin (CHD) Ermənistandakı hərbi bazasına axın etməyə başlayıblar.

Zabitlər hərbi bazanın Gümrü və İrəvan Hərbi Qarnizonlarında xidmət keçəcəklər.

Bu barədə AzVision.az CHD-nin yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda bildirilir ki, müdavimlərin qarşılanması və sonrakı xidmət yerinə göndərilməsi üçün İrəvan və Gümrü aeroportlarında operativ qruplar yaradılıb.

Yeni gələn bütün müdavimlər lazımı əşyalar və yaşayış yeri ilə təmin olunacaq. Ermənistana gələn müdavimlərin 10%-i evlidir və onların uşaqları var. Subaylar zabit yataqxanalarında yerləşdiriləcək.

Ailəli hərbçilərə isə hərbi qarnizon şəhərciyində xidməti mənzillər veriləcək.

Bu ilin sentyabr ayının ortalarında hərbçilərin dağ, isti iqlim və hərbi mühitə uyğunlaşması məqsədilə Kamhud yüksək dağ təlim-tədris mərkəzində birlik komandiri və onun müavinlərinin rəhbərliyi ilə təlimlər keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti