İsmət Abbasov Qubaya gedəcək

 İsmət Abbasov Qubaya gedəcək
  10 İyun 2013    Oxunub:1156
Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.
Kənd Təsərrüfatı naziri İsmət Abasov Quba rayonunda vətəndaşlarla görüşəcək. Nazirlikdən AzVision.az-a verilən məlumata görə, İsmət Abasov iyun ayının 14-də saat 11:00-da Quba rayonunda Quba Regional Aqrar Elm Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək. Əlaqə telefonu: (050) 636-09-09, (02333) 5-19-50


AzVision.az


Teqlər:  





Xəbər lenti