Bir neçə rayonda minatəmizləmə həyata keçirilir

  10 İyun 2013    Oxunub : 549
Bir neçə rayonda minatəmizləmə həyata keçirilir
2013-cü ilin may ayı ərzində 3,015,812 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 1,634 PHS və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 226,338,258 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 682,323-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Goranboy, Yevlax, XızıAbşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

ANAMA-nın Xüsusi Əməliyyat Qrupu tərəfindən Xızı rayonunda yerləşən Sitalçay keçmiş hərbi poliqonunda təmizləmə əməliyyatları davam etdirilir. İndiyədək 237,400 kv/m ərazi təmizlənib və 70 ədəd PHS tapılıb.

2013-ci ilin may ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

AzVision.az

Teqlər: