Gürcüstana gedən azərbaycanlıların sayı açıqlandı

  03 Avqust 2015    Oxunub : 2461
Gürcüstana gedən azərbaycanlıların sayı açıqlandı
2015-ci ilin iyulunda Gürcüstana 737 min 696 səfər qeydə alınıb, bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 9,5% çoxdur.
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda bildirilir.

Turist kimi iyul ayında Gürcüstana 336,664 min insan səfər edib, bu da bu ölkəyə gedənlərin 45,6%-ni təşkil edir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% çoxdur

Gürcüstana səfərlərin sayına görə, əvvəlki kimi Türkiyə liderlik edir (bu ölkədən gələn turistlərin sayının artımı 12% olub), daha sonra Azərbaycan (+7,9%), Ermənistan (+11%), Rusiya (+6,6%) və Ukrayna (+0,6%) gəlir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: