Ermənilər yenə sakit dayanmayıb

  09 İyun 2013    Oxunub : 534
Ermənilər yenə sakit dayanmayıb
Erməni silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Ağdam rayonunun Mərzili, Şirvan, Şıxlar, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, GöygölXocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az

Teqlər: