Jerar Depardyeyə Ukraynaya giriş qadağan edildi

Jerar Depardyeyə Ukraynaya giriş qadağan edildi
  29 İyul 2015    Oxunub:1928
“Mən Rusiyanı, və onun bir hissəsi olan Ukraynanı sevirəm”.
Ukrayna höküməti fransız aktyor Jerar Depardyeyə ölkəyə 5 il müddətinə girişi qadağan etdi.

Oxu.Az xəbər verir ki, bu barədə “Apostrof” nəşrinə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib.

“23.07.2015-ci il tarixdən etibarən dövlətimizin təhlükəsizliyi naminə Fransa və Rusiya vətəndaşı Jerar Depardyenin beş il müddətinə ölkəyə daxil olmasına qadağa qoyulması barədə qərar qəbul olunub. Hal-hazırda sənədlər Dövlət Sərhəd Xidmətində araşdırılır”.

Qeyd edək ki, mayın 22-də Kannda “Sevgi vadisi” filminin təqdimat zamanı Jerar Depardye Rusiya prezidenti Vladimir Putini çox istədiyini bildirərək, Ukraynanın Rusiya ərazisi olduğunu deyib:

“Mən Rusiyanı, və onun bir hissəsi olan Ukraynanı sevirəm”, - aktyor qeyd edib.


Teqlər:





Xəbər lenti