İŞİD-ə qoşulan gənclər Londonu narahat edir

İŞİD-ə qoşulan gənclər Londonu narahat edir
  25 İyul 2015    Oxunub:2557
Böyük Britaniyanın baş naziri Devid Kameron ölkə daxilindəki islami ekstrimizə qarşı 5 illik planla çıxış edib.

AzVision.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Britaniyanın siyasi elitası islami ekstremizə qarşı “səhv inteqrasiya və böyüyən radikallıq” adı altında yeni sərt mübarizə metodlarına əl atacaqlarını bildirir. Planın əsas mahiyyəti ondan ibarətdir ki, İngiltərə hökuməti İraq Şam İslam Dövlətinin sırlarına qoşulmaqda olan gənc Britaniya vətəndaşlarının qarşısını ala bilsin.

Baş nazir Devid Kameron “İŞİD”-ə qoşulmaqda olan ingilis gənclərinin qarşısını almaqdan ötrü ciddi işlərin görülməsi vaxtının yetişdiyini bildirib. O, deyib ki, Britaniyada yaşayan və cəmiyyətə assimiliyasiya olmayan əksər adamlar İŞİD tərəfindən ideoloji olaraq ələ keçirilir. Belə şəxslər isə sonra terror aktlarında “İŞİD”-in məqsədini reallaşdıran oyuncağa çevrilirlər.

Həmçinin Devid Kameron İslam Dövlətinin sıralarına qoşulmamaqla bağlı gəncləri çox ciddi xəbərdarlıq edib.

Xatırladaq ki, bu yaxınlar “The Guardian” qəzeti tam əksinə olaraq Böyük Britaniyanın özünün “İŞİD”-i himayə etdiyi ilə bağlı ciddi arqumentlərlə çıxış etmişdir. Qəzet bildirirdi ki, məhz, İngiltərə kəşfiyyatı “M16”-nın rəhbərliyi ilə “İŞİD-çilərə gizli təlimlər keçirilir. Hələ, 2013-cü ildə “İŞİD”-in əli ilə Livanda bir çox terror aktını Britaniyanın törətdiyi deyən “The Guardian” onu da əlavə edir ki, Suriya münaqişəsində də Britaniya kəşfiyyatı “İŞİD”-ə hamilik edir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti