Şeyxülislam Pakistana gedir

Şeyxülislam Pakistana gedir
  07 İyun 2013    Oxunub:1288
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Pakistanın Azərbaycandakı səfiri İkramullah Məsudu ilə görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə İkramullah Məsudu Allahşükür Paşazadənin Pakistanda yaxşı tanımasından, ona dərin hörmət bəsləməsindən danışaraq onu Pakistana dəvət edib.

Səfir deyib ki, bu günlərdə yeni Nazirlər Kabineti işə başlayacaq və bundan sonra mən rəsmi olaraq hökümət adından sizə dəvət təqdim edəcəyəm. Biz çox istərdik ki, siz bizim dini rəhbərlərlə görüşüb, onlara Azərbaycanın dini dözümlülük sahəsində əldə etdiyi təcrübədən, burada nəinki müxtəlif məzhəb, hətta digər dinlərin nümayəndələrin bi ailə kimi yaşadıqlarını danışasınız.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayana kimi Pakistan Erməınistanı dövlət kimi tanımayacaq. Diplomat Azərbaycanı Kəşmir məsələsində göstərdiyi dəstəyə görə təşəkkür edib.

A.Paşazadə xoş sözlərə görə, təşəkkürünü bildirib, Pakistana dəvət olunmasını məmnunluqla ifadə edib. O deyib ki, belə səfər iki qardaş ölkə arasında mənəvi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.




Teqlər:





Xəbər lenti