Depardye Ukraynada `qara siyahı`ya salındı

Depardye Ukraynada `qara siyahı`ya salındı
  22 İyul 2015    Oxunub:2718
Ukrayna Mədəniyyət Nazirliyi aktyor Jerar Depardyeni ölkənin milli təhlükəsizliyini təhdid edən incəsənət xadimlərinin `qara siyahı`sına daxil edib.
Bu barədə AzVision.az ` Ouest-France` agentliyinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Ukrayna kinoteatrlarında və televiziyalarında Depardyenin iştirakı ilə bağlı filmlərin göstərilməsi qadağan edilib. Bundan sonra Depardyenin adını KİV-də çəkmək qadağandır. Fransız nəşri vurğulayır ki, aktyorun `qara siyahı`ya salınmasına səbəb onun `Rusiya və onun bir hissəsi olan Ukraynanı sevməsi` barədə bəyanatı və Rusiya prezidenti Vladimir Putini dəstəkləməsi barədə çıxışları olub.

Qeyd edək ki, 2013-cü ilin yanvarında Depardyeyə Rusiya vətəndaşlığını qəbul edib. Soçidə görüş zamanı Putin ona şəxsən Rusiya p0assportunu təqdim edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti