Prezident Azərbaycan Tarix muzeyinə hədiyyə etdi

Prezident Azərbaycan Tarix muzeyinə hədiyyə etdi
  07 İyun 2013    Oxunub:1040
Hədiyyə 20 medal surətindən ibarətdir
Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) göndərdiyi xatirə hədiyyəsinin təqdimatı keçirilib. AzVision.az Milli Azərbaycan Tarixi Muzeyinə istinadən xəbər verir ki, hədiyyə Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr etdiyi tarixi seriyadan (1814-1836) olan 20 medalın surətindən ibarətdir.

Qeyd edək ki, "1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə” medalının diametri 70 millimetr, kütləsi 191 qram olmaqla L90 (latun) materialından hazırlanıb.

Xatırladaq ki, artıq birinci kolleksiya Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

AzVision.az




Teqlər:





Xəbər lenti