İlham Əliyev Roland Kobia ilə görüşüb

İlham Əliyev Roland Kobia ilə görüşüb
  06 İyun 2013    Oxunub:1216
Bu gün prezident İlham Əliyev Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəsi Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanla AB arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub. Həmçinin, R. Kobianın əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib, əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti