Corc Kluni peşmandır: `Çox böyük xəta etdim`

Corc Kluni peşmandır: `Çox böyük xəta etdim`
  29 May 2015    Oxunub:2926
“Batman” filminə çəkilməyim böyük bir səhv idi.
Hollivudun tanınmış simalarından olan məşhur kino aktyor Corc Kluni 1997-ci ildə “Batman” filmində oynadığı rola görə pərəstişkarlarından üzr istəyib.

Corc Kluni bildirib ki, o dönəmdə film sektorunda parlamaqda olan “Batman” filminə çəkilməyinin əsas səbəbi 18 il əvvəl aktyorluq karyerası üçün bu filmin böyük bir şans olmasıdır.

“Bu filmdə mənim rol almağım böyük bir xəta idi və buna görə bütün heyranlarımdan üzr istəyirəm”.

Xatırladaq ki, sözügedən “Batman & Robin” adlı film rejissor Coe Şumaxer tərəfindən 1997-ci ildə çəkilib.

Həmin film 1995-ci ildə çəkilmiş “Batman Daima”nın davamı sayılır. “Batman”ın əvvəlki serialarında isə Val Kimler baş rolda oynayıb, lakin sonra Corc Kluniyə filmin baş rolu təklif olunub.

Fərrux


Teqlər:  





Xəbər lenti