Erməni idmançılara vəd: `Bakıda birinci olana 50 min veriləcək`

Erməni idmançılara vəd: `Bakıda birinci olana 50 min veriləcək`
  27 May 2015    Oxunub:3495
Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Qraçya Rostomyan erməni idmançıların Bakıda keçiriləcək Avropa Oyunlarında qalib gələcəkləri təqdirdə alacaqları mükafatları açıqlayıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. Məlumata əsasən Bakıda keçiriləcək Avropa Oyunlarında qalib 50 min dollar, ikinci yer 30 min dollar, üçüncü yer isə 20 min dollar əldə edəcək.

Ermənistan 12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 25 idmançı göndərəcək. Erməni idmançılar 6 idman növündə (taekvando, atıcılıq, sambo, cüdo, boks və yunan-roma güləşi) yarışlara qatılacaqlar. Baş katibin sözlərinə görə, Bakıdakı yarışa Olimpiya Oyunlarının gümüş medalçısı Arsen Culfalakyan və bürünc mükafatçı Artur Aleksanyan qatılmayacaq. Rostomyanın sözlərinə görə, bu qərarı idmançıların özləri veriblər.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti