Erməni idmançılar Bakıya öz hesabına gələcək

Erməni idmançılar Bakıya öz hesabına gələcək
  26 May 2015    Oxunub:2216
Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 25 erməni idmançı qatılacaq.
Bunu Ermənistan Milli Olimpia Komitəsinin baş katibi Qraçya Rostomyan bildirib. Onun sözlərinə görə, erməni idmançıların ilk qrupu Bakıya iyunun 10-da yola düşəcək:

`Azərbaycana yola düşəcək nümayəndə heyətinə mən başçılıq edəcəm. Maliyyə problemlərini Erməni MOK-un prezidenti Qaqik Tsarukyan öz üzərinə götürüb`.

Qeyd edək ki, erməni idmançılar taekvando, atıcılıq, sambo, cüdo, boks və yunan-roma güləşində özlərini sınayacaqlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti