`Rusiya üçün ölməyə hazıram` - Jerar Depardye

`Rusiya üçün ölməyə hazıram` - Jerar Depardye
  26 May 2015    Oxunub:1989
Rusiya vətəndaşlığı alan fransız aktyor Jerar Depardye bəyan edib ki, o, Rusiya üçün ölməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə Depardye ` Vanity Fair`-ə müsahibəsində bildirib.

“Rusiya üçün ölməyə hazıram. Çünki burada insanlar güclüdür. Mən Fransada səfeh kimi ölmək istəmirəm”, - deyə Depardye vurğulayıb.

Aktyor eyni zamanda bəyan edib ki, heç vaxt özünü fransız hesab etməyib və onun böyüdüldüyü dəyərləri bölüşmür. Mən heç nəyə inanmıram: “Xüsusilə özümə. Bəzən gecələr öz yatağımda əbədi yatmaq istəyirəm”.

Qeyd edək ki, daha əvvəl Kann kinofestivalı zamanı Depardye Rusiya prezidenti Vladimir Putinə olan sevgisini etiraf edib. O, həmçinin qeyd edib ki, müharibəni sevmir və Ukraynada baş verənlərə görə şokdadır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti