Günün kriminal xronikası

Günün kriminal xronikası
  13 Fevral 2015    Oxunub:1289
Fevralın 12-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 63 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 3 yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 33 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti