Erməni generalın savaş qorxusu

Erməni generalın savaş qorxusu
  30 Dekabr 2014    Oxunub:2491
Ermənistanın Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov generallara, zabitlərə və hərbi qulluqçulara göndərdiyi Yeni il təbrikində müharibədən necə qorxduqlarını etiraf edib.

O, hər şeyi öz arşını ilə ölçərək qazandıqları "uğurlar"dan danışıb: "Ordumuz ümumi səylə ağır işlərin öhdəsindən müvəffəqiyyətlə gəlib. Silahlı Qüvvələrin bu il ərzində müvəffəqiyyəti odur ki, əsas məsələni yerinə yetirərək, təhlükəsizliyimizi, Ermənistanın və "Dağlıq Qarabağın sərhədləri"nin toxunulmazlığını təmin edib.

Erməni hərbçisi müraciətində müharibədən necə qorxduqlaeını açıq-aşkar etiraf edib: "Biz müharibə istəmirik, bu, bizim üçün qorxu yaradır. Amma biz vuruşmağı, rəqibi məhv etməyi öyrənməliyik. Müharibəyə hazır olmasaq bizim üçün ağır və çətin olacaq."

Böyük xəyallar içərisində yaşayan Y.Xaçaturov 1994-cü ildə əldə olunan atəşkəsdən sonra 21 ildir Yeni ili sülh şəraitində qarşılamaqlarından sevindiklərini söyləyib, sonda özlərinə məxsus, başlarından yekə, heç vaxt reallaşmayacaq arzu səsləndirib: "Qoy "Yer kürrəsindəki erməni torpaqları"nda daim sülh olsun, ordumuz, vətənimiz güclü olsun, bizim düşmənlərimiz üçün məğlubedilməz və əlçatmaz olaq."

Bu yerdə deyiblər: "Ac toyuq yuxusunda darı görər." İndi ermənilər Allaha dua edirlər ki, heç vaxt müharibə başlamasın, elə beləcə illəri başa vursunlar. Amma unudurlar ki, düşmən üçün məğlubedilməz və əlçatmaz olmaq üçün bütün sahələrdə inkişaf etmək lazımdır. İnkişaf üçün isə həm insan kapitalı, həm maliyyə kapitalı, həm də iqtisadi resurslar lazımdır. Əgər bu gün Ermənistanda kişi qıtlığı yaranıbsa, yəqin ki, bu ölkədə orduya kişilər yox, qadınlar gedəcək. Bəlkə də ermənilər elə bunu istəyirlər. Çünki çox yaxşı bilirlər ki, Azərbaycan ordusu heç vaxt qadınlara qarşı vuruşmaz. Çox güman ki, bu, ermənilərin növbəti metodu olacaq. Onlar üçün qeyrət, namus rol oynamır, onlar üçün ancaq və ancaq millətlər arasına nifaq salmaq, dünya ictimaiyyətini aldatmaq və beləcə dilənə-dilən ili başa vurmaqdır.(anspress)


Teqlər:





Xəbər lenti