İki maşın toqquşdu - ölən var

İki maşın toqquşdu - ölən var
  29 Dekabr 2014    Oxunub:1566
Ötən gün ağır yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dekabrın 28-də saat 01 radələrində Cəlilabad şəhərində şəhər sakini Mansur Rzayevin idarə etdiyi “VAZ-21154” və Masallı rayon sakini Sadiq Abdullayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

M.Razayevin sərnişini Emin Ağayev hadisə yerində ölmüş, özü və S.Abdullayevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti