Mağazalarda yararsız mallar aşkarlandı

Mağazalarda yararsız mallar aşkarlandı
  26 Dekabr 2014    Oxunub:1476
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, monitorinqlər zamanı Bakının Xəzər, Nizami, Binəqədi, Xətai rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Şamaxı, Ucar, Bərdə, Şəki, Lənkəran rayonlarında mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti