Daha 10 kəndə qaz verilib

Daha 10 kəndə qaz verilib
  24 Dekabr 2014    Oxunub:1863
Bu gün respublikanın 6 rayonunda daha 10 kəndə təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi respublikamızın qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirləri uğurla davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturu gündən-günə inkişaf etdirilir. ARDNŞ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dekabrın 24-də respublikanın 6 rayonunda daha 10 kəndə təbii qaz verilib.

Bu barədə Modern.az saytına ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə Neftçala rayonunun Kürqarabucaq kəndinə təbii qazın ilk dəfə verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, 248 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23240 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 60 ədəd siyirtmə, 2 ədəd qaztənzimləyici şkaf, 248 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Zərdab rayonunun Yarməmmədbağı və Lələağacı kəndlərinə də ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd olunub ki, ümumilikdə 379 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29735 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 30 ədəd siyirtmə, 2 ədəd qaztənzimləyici şkaf, 379 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qusar rayonunun Kufoba və Qullar kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirdə isə bildirilmişdir ki, ümumilikdə 185 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22742 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 185 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Dekabrın 24-də Ağstafa rayonunun Pirli kəndinə təbii qazın verilişi də bərpa olunmuşdur. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd edilmişdir ki, 280 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 20525 metr olan muxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 280 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bərdə rayonunun Körpüsındıran və Şirvanlı kəndlərinin yenidən təbii qazla təchiz edilməsi münasibəti ilə keçirilmiş tədbirdə vurğulanmışdır ki, ümumilikdə 626 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28302 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 47 ədəd siyirtmə, 626 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağsu rayonunun Qasımbəyli və Dədəli kəndlərinə də təbii qazın verilişi bərpa olunmuşdur. Bununla əlaqədar keçirilmiş mərasimdə bildirilmişdir ki, ümumilikdə 80 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 10332 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 4 ədəd siyirtmə, 80 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti