TANAP-ı bu şirkətlər tikəcək
Bununla əlaqədar dekabrın 23-də Ankarada keçirilmiş mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri də iştirak edib.
Bildirilib ki, Türkiyə ərazisindən keçən 1850 kilometrlik boru xəttinin Gürcüstan sərhədindən Eskişehirə kimi 56 düymlük 1337 kilometrlik hissəsinin inşası üçün 2014-cü il aprelin 22-də elan olunmuş tenderdə 15 yerli və xarici şirkət iştirak edib. Üç şirkət -“Fernas İnşaat A.Ş”, “Sicim-Yüksel-AKKORD Adi Ortaklığı” və “TEKFEN İnşaat ve Tesisat A.Ş” tenderin qalibləri elan olunub, `TANAP Doğalgaz İletim A.Ş.` ilə bu şirkətlər arasında müqavilə imzalanıb.
Türkiyə və Azərbaycanın enerji sahəsində uğurla həyata keçirdikləri ən mühüm layihələrdən olan və iki qardaş ölkə üçün böyük əhəmiyyət daşıyan TANAP dünya enerji sektoru üçün də müstəsna rola malikdir. Layihə üzrə 2011-ci il dekabrın 26-da Anlaşma Memorandumu, 2012-ci il iyunun 26-da Hökumətlərarası saziş imzalanıb. Layihə çərçivəsində ilkin qaz ixracına 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetrlik ixrac tutumuna malik olacaq boru xəttinin mərhələli olaraq 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə qədər genişləndirilməsi üçün imkanlar nəzərdə tutulub.
AzVision.az
Teqlər: