Tanınmış bankın rəhbəri dəyişdi

Tanınmış bankın rəhbəri dəyişdi
  17 Dekabr 2014    Oxunub:2215
"Azərbaycan Kredit Bankı" ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər olub.
AzVision.az xəbər verir ki, dekabrın 15-də baş tutan bankın səhmdarlarının yığıncağında Emil Rzayev Müşahidə Şurasının yeni rəhbəri təyin edilib.

E.Rzayev daha əvvəl Bank BTB-nin İdarə Heyətinin sədri olub.

Bankdan qeyd ediblər ki, o bu vəzifədə bankın MŞ sədrinin vəzifəsini icra edən Şirxan Abbasovu əvəzləyib. Ş.Abbasov MŞ-nin əvvəlki rəhbəri getdikdən sonra 2012-ci il oktyabrın 1-dən bu vəzifəni tutub.

Ş.Abbasov, həmçinin bankın iri səhmdarıdır. O, aksiyaların 36,64 faizinə sahibdir.
Digər səhmdarlar Nazim Abbasov (35,56 faiz) və Cəmilə Abbasovadır (27,8 faiz).

AzVision.az



Teqlər:  





Xəbər lenti