ABŞ diplomatının oğlunu İran maşını vurdu Bakıda

ABŞ diplomatının oğlunu İran maşını vurdu Bakıda
  15 Dekabr 2014    Oxunub:2376
Ötən şənbə günü Bakının Səbail rayonunda ABŞ səfirliyinin birinci katibi Stefan Qaysinin oğlunu maşın vurub.

AzVision.az xəbər verir ki, bu haqda Səbail rayon polis İdarəsindən vesti.az-a bildiriblər. Məlumata görə diplomatın oğlu, 1997-ci ildə anadan olmuş Ceremi Qaysi Badamdar şossesində, 129 saylı binanın qarşısında İran istehsalı olan “Sipa Tiva” markalı avtomobillə vurulub. Avtomobili Bakı şəhər sakini Zaur Rzayev idarə edirmiş. Nəticədə diplomatın oğlu SOS klinikasına aparılıb və orada ona tibbi yardım göstərilib, daha sonra evə buraxılıb. İnsidentlə bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti