Azərbaycan qlobal iqtisadi risklərdən sığortalanıb
Son aylarda qlobal miqyasda yaşanan iqtisadi dəyişmələr, qütbləşmiş iqtisadi arenalardakı eksseslər bir çox analitik-iqtisadçıların iqtisadi çətinliklərin yaranacağını proqnozlaşdırmalarına gətirib çıxardı. Dünya bazarında neftin qiymətinin 60 dollardan aşağı düşməsinin, qlobal güc olan Rusiyada iqtisadi kataklizmlərin yaranmasının milli iqtisadiyyatımıza arzuolunmaz təsirlər göstərəcəyi haqqında fikirlər formalaşmağa başladı.
İxrac məhsullarımız arasında neft və neft məhsullarının üstünlük təşkil etməsi, büdcə gəlirlərinə neft sektorunun birbaşa təsiri müəyyən dərəcədə iqtisadi geriliyin yaşana bilmə ehtimalının olması fikrini yaratdı. Ümumilikdə neftin istehsalının artırılması, dünya bazarında neft hasilatının çoxalması və dünya ölkələrinin yaxın illərdə alternativ enerji mənbələrinə üstünlük verəcəyinin proqnozlaşdırılması iqtisadi inkişafımıza mənfi təsir göstərəcək səbəblər sırasında göstərildi.
Milli iqtisadiyyatımızın formalaşmağa başladığı ilk dövlərdə, ölkəmizin makroiqtisadi hədəflərinə çatması üçün çəkdiyi yol xəritəsində, iqtisadi tərəqqi naminə neft sərvətinin emalı və dünya bazarına çıxarılması,vfundamental iqtisadi bazanın formalaşmasına gətirib çıxaracağı aydın görünürdü. Dünya bazarında nəhəng neft ixracatçısı kimi çıxış edən ölkəmizdə illərdir büdcə daxilolmalarında neft və neft məhsullarının üstünlük təşkil etməsi, neft sektorundan birbaşa asılığın olması demək deyil. Milli iqtisadiyyatımızın makroiqtisadi strategiyasında, neftdən gələn gəlirlərin əhəmiyyətli bir hissəsinin neftdən asılı olmayan sahələrə - sənayeyə , kənd təsərrüfatına, sosial sferaya yönləndirərək qeyri-neft sektorunun neft sektorunu üstələməsinə, bununla da neft sektorundan asılılığın tamamilə aradan qalxması planlaşdırılıb.
Ötən ildə ÜDM-də qeyri-neft sektorunun 55 faiz payının olması, əsasən də kənd təsərrüfatının əhəmiyyətli şəkildə inkişafını, xüsusi düşünülmüş iqtisadi strategiyanın səmərəli formada davam etdirilməsindən və milli iqtisadiyyatımızın diversifikasiyasına nail olunmasından xəbər verir.
Rusiyada baş verən iqtisadi çətinliklər dövrünün və dünya bazarında neftin psixoloji həddə qalmasının müddətindən asılı olmayaraq, milli iqtisadiyyatımızda hər hansı bir çətinliyin yaşanması gözlənilən deyil. 2008 ci ildə dünyada baş verən iqtisadi böhranın fonunda, sarsılmayan və həmin ildə böhrandan ən az ziyan çəkən iqtisadiyyat forması olaraq qalan milli iqtisadiyyatımızda artıq iqtisadi çətinliklərə qarşı yaranmış iqtisadi immunitetin verəcəyi səmərələr yaxın coğrafiyada baş verən iqtisadi situasiyadan asılı olmayaraq iqtisadiyyatımızda stabilliyi və tərəqqini təmin edəcək. Milli iqtisadiyyatımız , milli iradəmizin bütövlüyünə dayanan əbədi müstəqilliyimizin fonunda öz həyat tsiklində tənəzzül mərhələsini yaşaması ehtimalı gözlənilmir.
Ciddi siyasi iradənin verdiyi iqtisadi töhfələr uzunmüddətli dövr üçün hesablandığından , dünyada cərəyan edən iqtisadi dəyişmələrin mümkün təsirlərini minimuma endirir. İllərdir neftdən asılı olmayan sahələrə ardıcıl tətbiq edilən dövlət proqramları, iqtisadiyyatın diversifikasiyasının dövlət maraqlarında prioritet olaraq qalmasından xəbər verir. İnstusional formada yaradılan iqtisadi-sosial mühit və azad bazar şəraitinin təşkil edilməsi, ticarət və sosial xidmət sferasının inkişafına nail olaraq, orta və kiçik sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratdı. Bu proses davam edən hallda kapitalın özünü ödəmə xüsusiyyəti əsas götürülərək , xüsusi kapital qoyuluşları zamanı infilyasiya və digər risklər nəzərə alınmaqla indeksləşdirmə daha da asan formaya gəldi. Bu kimi proseslərin təkrarlanmasının və davamlı hal almasının məntiqi yekunu olaraq ilbəil qeyri-neft sektorunda inkişaf faziləri artmağa başladı. 2003-cü ildən bügünə kimi yalnız 2009 cu ildə qeyri-neft sektorunun artım dinamikasında inkişaf gözə çarpmasa da, 2010-cu ildən sonra inkişaf dinamikası nəzərə çarpan dərəcədə artmağa başladı.
Son illərdə xarici investorların iqtisadiyyatımızda qeyri-neft sektoruna istiqamətləndirdikləri əhəmiyyətli investisiyanın, qeyri-neft sektorumuzun yüksək potensialının olmasından xəbər verir. Xarici investorların kapitallarının davamlı olaraq milli iqtisadiyyatımıza yönəldilməsi, önümüzdəki illərdə ixrac məhsullarımızda da qeyri-neft sektorunun neft sektorunu üstələməsi gözlənilir.
Beləliklə, milli iqtisadiyyatımızda baş verə biləcək hər hansısa bir təhlükənin olması ehtimalı gözənilmir. Azərbaycanda yaradılan davamlı iqtisadi vəziyyətin, artım dinamikasının hələ uzun illər davam edəcəyi şübhə doğurmur.