ARDNŞ-də ixtisarlar olacaq – Ekspert
“Neft şirkətlərinin investisiya və sosial xərclərində azalmalar müşahidə olunur. Artıq BP şirkətində ixtisarların olacağı ilə bağlı açıqlamalar yayılıb. Güman olunur ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycan Dövlət Neft Şirkətində də ixtisarların sürətləndirilməsinə gətirib çıxaracaq. Artıq Azərbaycan Dövlət Neft Şirkətində ixtisarların yeni mərhələsinin yaranacağı proqnozlaşdırılır. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin gəlirləri birbaşa azalacaq”.
Ekspert bildirib ki, dövlət qurumlarında ixtisarların olacağı güman edilmir:
“Çünki dövlət qurumlarının 2014-2015-ci il üçün büdcələri artıq təsdiq olunub. Nəzərdə tutulan dövlət büdcəsinin icrası ilə bağlı problemin olacağı gözlənilmir. Dövlət qurumlarında ciddi ixtisarların olacağı proqnozlaşdırılmır. Bununla belə dövlət qurumları tərəfindən idarə edilən və təşkil edilən tenderlərin sayında azalmaların olacağı gözlənilir. Güman olunur ki, bəzi infrastruktur layihələrinin icrası təxirə salınacaq, bir sıra investisiya layihələrinin icrasının təxirə salınması həmin layihələrdə çalışan işçilərin ixtisar edilməsinə gətirib çıxaracaq”.
V.Bayramov həmçinin qeyd edib ki, qida məhsullarında artım gözlənilmir. Ekspertin fikrincə, neftin dünya bazarında qiymətinin aşağı düşməsi nəqliyyat xərclərinin azalmasına gətirib çıxarır.
“Mərkəzi və Şərqi Avropada, həmçinin qonşu Gürcüstanda benzinin qiymətində azalmalar var. Bu baxımdan dünya bazarına çıxarılan məhsulların qiymətinin azalması müşahidə olunur. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəyin ki, qiymət artımına, qiymət azalmalarına gətirib çıxarır. Bəzi məhsullar var ki, onların istehsalında azalmalar müşahidə olunduğu üçün onların qiymətində artım müşahidə oluna bilər. Amma nəzərə almaq lazımdır ki, dünya bazarında qiymət artımları yox, qiymət azalmaları müşahidə olunur”.
Anar Kəlbiyev
Teqlər: