Samir Şərifov neftin ucuzlaşmasından danışdı

Samir Şərifov neftin ucuzlaşmasından danışdı
  09 Dekabr 2014    Oxunub:1731
Dünya bazarlarında neftin qiymətinin qısa müddətdə kəskin ucuzlaşmasının 2015-ci il üzrə dövlət büdcəsinin gəlirlərinə o qədər də mənfi təsir edəcəyini gözləmirik.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov bildirib.

“Büdcə yeni qəbul olunub. Bizim hesablamalara görə, neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinə o qədər də mənfi təsir etməyəcək. Sözsüz ki, qısa müddətdə neftin qiymətinin 40 faizdən də artıq enməsi və bazarlarda hökm sürən qeyri-müəyyənlik hökumət tərəfindən də qiymətləndirilir və araşdırılır. Buna uyğun olaraq müvafiq tədbirlər görüləcək”,- deyə nazir bildirib.

S.Şərifov qeyd edib ki, dövlət büdcəsinin gəlirləri üçün büdcədə neftin qiymətinə yenidən baxılması ən vacib məsələ deyil. Büdcənin gəlirləri bu riskdən sığortalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti