Azərbaycanlılar internetlə ən çox hansı məhsulları alır? - AÇIQLAMA
Komitənin Ticarət statistikası şöbəsinin müdiri Rafael Süleymanov fins.az-a bildirdi ki, elektron ticarətdən istifadə edən alıcılar saytlardan ən çox kitablar, uşaq geyimləri, kompüter hissələri, parfumeriya məhsulları sifariş edirlər. İnternet vasitəsilə restoran və kafelərdən yemək sifarişləri də artır.
Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda on-line satış həyata keçirən 52 sayt fəaliyət göstərir. Keçən ilə nisbətən həm saytların, həm satış həcminin, həm də məhsulların çeşidinin artması müşahidə edilir. Xatırladaq ki, Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda elektron ticarətin həcmi ötən ilə nisbətən 2,4 dəfə artıb.
Teqlər: