Kürəkən qaynananı bıçaqladı

Kürəkən qaynananı bıçaqladı
  06 Dekabr 2014    Oxunub:1787
Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasova keçmiş kürəkəni tərəfindən yetirilmiş bıçaq xəsarətindən ölüb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanın yaşadığı evinə gəlmiş keçmiş kürəkəni Babək Hüseynov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş S.Abbasova orada ölüb.

Şəmkir RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti