Hesablama Palatası Nəqliyyat Nazirliyini yoxladı

Hesablama Palatası Nəqliyyat Nazirliyini yoxladı
  05 Dekabr 2014    Oxunub:2112
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AzVision.az-a bildiriblər ki, iclasda Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Kollegiya iclasında, eyni zamanda, Cəlilabad Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dair audit proqramları təsdiq olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti