Bayramqabağı `sürpriz` - Qiymətlər bahalaşacaq
“Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, hazırda qiymətlər 10 faiz yuxarıdır. Ümumilikdə götürsək ötən il ilə müqayisədə 15 faiz artım gözləyirik. Hər il bayramqabağı meyvə və tərəvəzlərdə, yağlarda və ət məhsullarında artım daha çox olur. Bu ildə bu artım gözləniləndi”.
Birlik sədri qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi azərbaycanlı istehlakçılara müsbət təsir edə bilər:
“Neftin qiymətində baş verən azalmaların ölkəmizdəki istehlakçılara müsbət təsir edəcəyini düşünürəm. Amma dünya bazarında nəyinsə qiyməti aşağı düşəndə bizim ölkədə düşmür, qalxanda qalxır. Ölkəmizdə bir dəfə qalxan qiymət bir daha enmir”.
Anar Kəlbiyev